ABŞ Prezidenti Donald Tramp yeni başlayan 2026-cı ildə bütün dünyaya sülh arzuladığını bildirib. Məlumata görə, dövlət başçısı bayramı Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahında qeyd edib. Bu barədə New York Post yazıb.
Tramp bal zalının girişində jurnalistlərlə qısa söhbət edib. Onun yanında birinci xanım Melaniya Tramp gümüşü rəngli libasda olub.
“Yer üzündə sülh arzulayıram”, – deyə ABŞ prezidenti vurğulayıb.
Məlumata əsasən, izdihamlı bal zalında Tramp qonaqlara ölkədə işlərin “çox yaxşı getdiyini” bildirib. O, həmçinin Minnesota ştatında sosial müavinətlərlə bağlı kütləvi fırıldaqçılıq iddialarının mahiyyətinə qədər araşdırılacağına söz verib.
Tədbirdə prezidentin böyük oğulları Donald Tramp – kiçik və Erik Tramp, eləcə də gəlini Lara Tramp da iştirak edib.

