Amerikalı milyarder İlon Mask X sosial şəbəkəsində bildirib ki, demoqrafik böhran səbəbindən bütöv mədəniyyətlər və ölkələr Yer üzündən yox olmaq riski ilə üz-üzədir. Sahibkarın fikrincə, mövcud dinamikanın qorunub saxlanması qaçılmaz olaraq genişmiqyaslı sosial sarsıntılara və bir çox xalqların mədəni irsinin itirilməsinə gətirib çıxaracaq.
“Dünyanın demək olar ki, hər yerində doğum səviyyəsi son dərəcə aşağıdır. Əgər bu dəyişməsə, bütöv mədəniyyətlər və ölkələr yox olacaq,” — deyə biznesmen yazıb.

