Avropa İttifaqı İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) terror təşkilatları siyahısına daxil edib. Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas X sosial şəbəkəsində məlumat verib.
“Repressiyalar cavabsız qala bilməz. Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri həlledici addım ataraq İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıdı”, — deyə o yazıb.
Qeyd edək ki, Avropa İttifaqınin bu qərarı İslam İnqilabı Keşikçiləri Korpusu ilə bağlı sanksiya və məhdudiyyətlərin sərtləşdirilməsini nəzərdə tutur.

