Milyarder sahibkar İlon Mask dünyada güc balansının dəyişdiyini bildirib. O, bu fikri Beynəlxalq Valyuta Fondunun (BVF) real qlobal ÜDM artımına ən böyük töhfə verən ölkələrlə bağlı açıqladığı statistikaya münasibət bildirərkən səsləndirib. Mask X sosial şəbəkəsində qısa paylaşımında “Güc balansı dəyişir” yazıb.
BVF-nin 2026-cı il proqnozlarına əsasən, qlobal iqtisadi artımın 26,6 faizi Çinin, 17 faizi Hindistanın, 9,9 faizi ABŞ-ın, 3,8 faizi İndoneziyanın, 2,2 faizi isə Türkiyənin payına düşür. Həmin məlumatda qeyd olunur ki, Asiya–Sakit okean regionu ümumilikdə real dünya ÜDM artımının təxminən yarısını təmin edir.

