Keir Starmer Avropa Komissiyasının sədri Ursula von der Leyen ilə görüşündə Böyük Britaniyanın Avropa İttifaqı ilə inteqrasiyanı iqtisadiyyat, müdafiə və texnologiya sahələrində dərinləşdirmək niyyətində olduğunu bəyan edib. Bu barədə Böyük Britaniya hökumətinin rəsmi saytında yayımlanan kommünikedə bildirilir.
Siyasətçinin sözlərinə görə, bu addım ölkənin təhlükəsizliyinin gücləndirilməsi, iqtisadi artımın sürətləndirilməsi və britaniyalıların həyat səviyyəsinin yüksəldilməsi üçün zəruridir.
Sənəddə qeyd olunur ki, Baş nazir Böyük Britaniya ilə Aİ arasında gələcək tərəfdaşlıqla bağlı geniş ambisiyalara malik olduğunu vurğulayıb.
“O, daha böyük təhlükəsizlik, daha güclü iqtisadi artım və britaniyalılar üçün daha yüksək həyat standartları naminə iqtisadiyyat, müdafiə və texnologiya sahələrində əlavə inteqrasiyanı arzuladığını bildirib”, – deyə kommünikedə qeyd olunur.

