Kaliforniya ştatının qubernatoru Qevin Nyusom Avropa liderlərini ABŞ prezidenti Donald Trampın siyasətinin “müvəqqəti” olduğuna inandırmağa çalışıb. Bu barədə o, Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib və məlumatı Bloomberg yayıb.
Nyusomun fikrincə, ABŞ-da keçiriləcək aralıq seçkilərdə Respublikaçılar Partiyası məğlub olacaq və bu, Trampın fəaliyyətinə hüquqi məhdudiyyətlər gətirəcək. O əlavə edib ki, Trampın siyasəti “ənənəvi Amerika dəyərlərinə ziddir” və Avropanı münasibətləri Ağ Evlə deyil, ayrı-ayrı ştatlarla, o cümlədən Kaliforniya ilə qurmağa çağırıb.
Qubernator bildirib ki, Trampın aqressiv siyasəti əslində Avropanı daha da “birləşmiş” edib.

