Ukraynadakı hərbi vəziyyət fonunda Fransa prezidenti Emmanuel Makronun Moskva ilə birbaşa danışıqlara getmək istəyə biləcəyi iddia olunur. Bu fikri Pentaqonun sabiq müşaviri Duqlas Makqreqor Die Weltwoche qəzetinə müsahibəsində səsləndirib.
“İndi bizim Makronumuz var və o, Moskvaya gedərək ruslarla danışıqlar aparmaq istəyir. Onlar onunla danışacaqlar, amma Makronun nəyəsə nail ola biləcəyinə dair heç bir sübut görmürəm”, – deyə Makqreqor bildirib.
Ekspertin fikrincə, Qərb liderlərini Rusiya ilə birbaşa təmasa sövq edən əsas amil Ukrayna Silahlı Qüvvələrinin cəbhədə uğursuzluğu olub.
Makqreqor hesab edir ki, Ukrayna hazırda “məğlub edilmiş milli dövlət” vəziyyətindədir.

