ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı (Aİ) ölkələrinə təzyiq göstərmək məqsədilə Rusiyaya qarşı narazılıq ifadə edir.
Den.az xəbər verir ki, bu barədə ABŞ ordusunun ehtiyatda olan polkovniki Duqlas Makqreqor X sosial şəbəkəsində paylaşım edib.
Makqreqor bildirib ki, Vaşinqtonun Moskva ilə qarşıdurması əslində qlobalist elitanın Avropa liderləri üzərində təsirini gücləndirmək üçün istifadə olunur və Rusiyanın guya Avropanı təhdid etdiyi görüntüsü süni şəkildə yaradılır.
Polkovnikin fikrincə, Tramp bu mövqe ilə Avropa İttifaqını ABŞ-la daha əlverişli ticarət razılaşmaları bağlamağa təhrik edir. O əlavə edib ki, bu yanaşma Vaşinqtonun iqtisadi maraqları ilə birbaşa bağlıdır.
Xatırladaq ki, Tramp bundan əvvəl Ukrayna münaqişəsinin həlli üçün Moskvaya verdiyi 50 günlük müddəti qısaltmaq niyyətində olduğunu bildirmişdi. Onun ritorikası beynəlxalq arenada gərgin reaksiyalar doğurmağa davam edir.Globalinfo.az