Avropa İttifaqında yaranmış parçalanma artıq açıq görünür, lakin bunu gizlətməyə çalışırlar.
Bu fikri Bosniya və Herseqovinanın Serb Respublikasında hakim partiyanın lideri Milorad Dodik RIA Novosti agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, xüsusilə Fransa, Almaniya və İtaliya arasında fikir ayrılıqları mövcuddur. Dodik bildirib ki, hazırda “iki sürətli Avropa” modeli barədə danışıqlar aparılır və bu, yeni parçalanma formasını göstərir.
O iddia edib ki, yaranmış çatlar Avropa İttifaqının funksional görüntüsünü qorumaq üçün ört-basdır edilir.
Dodik həmçinin Fransa Prezidenti Emmanuel Macron və Almaniya kansleri Friedrich Merzin reytinqlərinin aşağı olduğunu vurğulayaraq, onların Avropaya liderlik etməkdə çətinlik çəkdiklərini bildirib.

