Avropa İttifaqı üzərində parçalanma təhlükəsi yaranıb. İtaliyanın la Repubblica qəzeti yazır ki, bu gərginlik Almaniya kansleri Fridrix Mers ilə Fransa prezidenti Emmanuel Makron arasında yaşanan fikir ayrılıqları fonunda dərinləşə bilər.
Nəşrin iddiasına görə, Mers Kiyevə Rusiyanın dondurulmuş suveren aktivlərinin verilməsi planının iflasa uğramasına görə Makrona qarşı “qisas” mövqeyi tutur. Qəzet bunu Berlinin siyasi xəttindəki sərtləşmə ilə əlaqələndirir.
Materialda qeyd olunur ki, “italo-alman əməliyyatı” adlandırılan təşəbbüs ilkin olaraq Berlin rəhbərinin cavab reaksiyası kimi formalaşıb, lakin Cənubi Avropa ölkələrinin bəzi hökumətləri bunun daha geniş siyasi qarşıdurmaya çevriləcəyindən narahatdır.

