ASTRA-nın yazdığına görə, fevralın 21-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın Udmurtiya ərazisində yerləşən və “İskəndər-M”, “Topol-M” və “Oreşnik” raketlərini istehsal edən Votkinsk zavodunu hədəfə alıb.
Yerli hakimiyyət orqanları 11 nəfərin yaralandığını bildirir. Rusiya rəsmiləri hərbi obyektə zərər dəydiyini rəsmi şəkildə təsdiqləməsə də, hücum nəticəsində yaralananların olduğunu açıqlayıblar. Bildirilir ki, hədəf pilotsuz uçuş aparatları ilə vurulub.
Ukraynalı açıq mənbə araşdırmaçıları isə zərbənin PUA-larla deyil, “Flaminqo” raketləri ilə endirildiyini iddia edirlər. Hələlik bu məlumat təsdiqlənməyib.
Qeyd olunur ki, Rusiya Müdafiə Nazirliyinin açıqlamasında Udmurtiyada gecə hücumu barədə məlumat yer almayıb.

