Böyük Britaniya daha bir sanksiya paketi tətbiq edib. Ölkənin Office of Financial Sanctions Implementation qurumunun (OFSI) yaydığı məlumata əsasən, bir sıra Rusiya bankları sanksiya siyahısına daxil edilib.
Siyahıya "Pochta" Bank, "Tocka" Bank, eləcə də "Transcapitalbank", "Absolut" Bank, "Sinara" Bank, "Avers" Bank, "Lanta"Bank, "Ak Bars"Bank və "Fora"Bank daxil edilib.
Böyük Britaniya hökumətinin rəsmi saytında qeyd olunur ki, bu doqquz kredit təşkilatı Rusiyanın beynəlxalq maliyyə bazarlarına çıxışını qorumağa və hərbi fəaliyyətlərin maliyyələşdirilməsinə kömək edən mühüm transsərhəd ödənişlər həyata keçirib.

