22 
fev
2024
11:33
166

Bank kartlarından oğurluq edən qadınlar saxlanıldı

22 fev, 2024
11:33
166

Bank kartlarından oğurluq edən qadınlar saxlanıldı

Bank kartlarından oğurluq edənlər saxlanılıb.

Den.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Bakı və Sumqayıt şəhərlərində 3 nəfərin bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 3 qadın saxlanılıb.

Fevralın 12-də paytaxt sakinləri olan bir nəfərin bank kartından 1850 manatını, digər bir nəfərin bank kartından 1000 manatını, Sumqayıt şəhərində isə bir nəfərin bank kartından 150 manatını oğurlamaqda şübhəli bilinən 3 qadın polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.

Hər üç faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar