2025-ci ildə ABŞ-dan köç edənlərin sayı ölkəyə gələnləri ilk dəfə üstələyib.
Bu barədə The Wall Street Journal öz məlumatlarına və Brukinqs İnstitutunun hesablamalarına istinadən yazıb.
Məlumata görə, ötən il ölkədən 150 min nəfər xalis miqrasiya itkisi qeydə alınıb və bu göstəricinin 2026-cı ildə daha da artacağı ehtimal olunur.
Rəsmi qurumlar statistikanı qanunsuz miqrasiya ilə mübarizə ilə izah etsə də, nəşr qeyd edir ki, ABŞ-ı əsasən öz vətəndaşları tərk edir. Onlar daha təhlükəsiz və maliyyə baxımından əlverişli ölkələrə köçməyə üstünlük verirlər.
15 ölkənin miqrasiya göstəricilərinin təhlili göstərir ki, ən azı 180 min amerikalı 2025-ci ildə xaricə köçüb. Avropa İttifaqında işləmək və yaşamaq üçün köçən ABŞ vətəndaşlarının sayı isə rekord həddə çatıb.
Sonuncu dəfə ABŞ-da əhali axını Böyük Depressiya dövründə – 1935-ci ildə qeydə alınmışdı. Həmin vaxt 100 mindən çox amerikalı Sovet İttifaqına köç etmişdi. WSJ vurğulayır ki, indi “yeni Amerika arzusu” artıq ABŞ-dan kənarda yaşamaqla əlaqələndirilir.

