Azərbaycanlı turistlərin yay istirahəti üçün seçdiyi istiqamətlər dəyişir. Məsələn, iki il əvvələ qədər vətəndaşlarTürkiyənin İstanbul, Gürcüstanın Batumi şəhərinə üstünlük verirdilərsə, bu gün Monteneqro ön plana keçib.
Den.az xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan Azərbaycan Ekoturizm Assosiasiyasının sədri Samir Dübəndi bildirib ki, son illərdə vətəndaşlarımızın xaricə səfərləri artan dinamika ilə davam edir.
O vurğulayıb ki, 2024-cü ilin tam statistik göstəricilərə əsasən, ölkədən xaricə səfər edənlərin sayı 1.99 milyona çatıb:
“Bu göstərici 2023-cü illə müqayisədə 17 faiz artım deməkdir. 2025-ci ilin ilk beş ayında isə xaricə səfər edənlərin sayı 807 min nəfər olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə cüzi, yəni 0.1 faiz azalma deməkdir. Bu dəyişikliklərə baxmayaraq, ümumi strukturda sabitlik qorunur. Səfərlərin böyük hissəsi – təxminən 68-69 faizi hava nəqliyyatı ilə həyata keçirilir. Avtomobil və dəmir yolu ilə edilən səfərlər ümumilikdə 28-30 faiz təşkil edir. Dəniz yolu ilə gedənlərin payı isə 2 faizdən azdır. Bu, Azərbaycan vətəndaşlarının xarici ölkələrə daha çox sürətli və rahat nəqliyyat vasitələrinə üstünlük verdiyini göstərir”.
Ətraflı videoda: