İran İsrailin hərbi obyektləri barədə geniş kəşfiyyat məlumatlarına malik olduğunu bəyan edib. Bu barədə İran Silahlı Qüvvələrinin baş komandanının köməkçisi və baş müşaviri Rəhim Səfəvi açıqlama verib.
Onun sözlərinə görə, İran tərəfi İsrailin Baş naziri Benyamin Netanyahunun iclas keçirdiyi məkan barədə də məlumatlıdır.
“Netanyahunun iclas keçirdiyi yeri bilirik, məlumat bazamız tam yenilənib”, – deyə Səfəvi bildirib.
O əlavə edib ki, İran kəşfiyyatı region ətrafındakı bütün hədəflər, eləcə də İsrail və ABŞ-a aid obyektlər barədə məlumatlıdır.

