Qətər İranın hərbi attaşesini və təhlükəsizlik üzrə attaşesini bütün əməkdaşları ilə birlikdə “persona non grata” elan edib.
Bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qərara əsasən, İran diplomatları 24 saat ərzində ölkəni tərk etməlidir.
Rəsmi Doha bildirib ki, bu addım İranın beynəlxalq hüquq normalarını və qonşuluq prinsiplərini pozması fonunda qəbul olunub.
“Bu qərar İranın davranışlarına cavab olaraq verilib”, — deyə nazirliyin açıqlamasında qeyd olunub.
Məlumata görə, qərar regionda artan gərginlik və İranın Fars körfəzində həyata keçirdiyi hücumlar fonunda verilib.
Qeyd edilir ki, Qətərdə ABŞ-ın ən böyük hərbi aviabazalarından biri yerləşir və bu faktor ölkəni münaqişəyə daha da yaxınlaşdırıb.

