Qətər son sutka ərzində İran ərazisinə zərbə endirib. Bu barədə regional mənbələr məlumat yayıb.
Bildirilir ki, hadisə Dohanın Tehrana qarşı irəli sürdüyü ittihamlar fonunda baş verib. Qətər İranı mülki infrastruktur obyektlərini hədəfə almağa cəhd etməkdə günahlandırmış və cavab zərbəsi endirəcəyini bəyan etmişdi.
Qətərin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari bildirib ki, İran raket buraxılışları ilə bağlı Dohaya əvvəlcədən heç bir xəbərdarlıq etməyib.

