Macarıstanın baş naziri Viktor Orban aprelin 12-də keçirilən parlament seçkilərindən sonra partiyası “Fidesz”in məğlubiyyətini etiraf edib.
Bu barədə CNN məlumat yayıb.
O, Budapeştdə tərəfdarlarına müraciət edib,
Orban bildirib ki, nəticələr hələ tam yekunlaşmasa da, artıq aydındır və dəyişməyəcək.
Seçkilərin nəticələri hələ tam yekun deyil, lakin artıq aydın və başadüşüləndir. Bu nəticə bizim üçün ağrılıdır, amma birmənalıdır. Ölkəni idarə etmək məsuliyyəti və imkanı bizə verilmədi. Mən artıq qalibi təbrik etmişəm, — deyə o vurğulayıb.

