ABŞ-ın Denver ştatındakı hava limanında sərnişin təyyarəsi uçuş-enmə zolağında bir nəfəri vurub.
Bu barədə CBS News məlumat yayıb.
Məlumata görə, naməlum şəxs hava limanının hasarını aşaraq bir neçə dəqiqə sonra uçuş-enmə zolağına çıxıb.
Həmin anda onu Airbus A321 sərnişin təyyarəsi vurub.
Kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Onun şəxsiyyəti hələ müəyyənləşdirilməyib.
Bildirilir ki, ölən şəxs hava limanının əməkdaşı olmayıb.

