ABŞ Prezidenti Donald Tramp hazırkı vitse-prezident Cey Di Vensi və dövlət katibi Marko Rubionu ideal komanda, həmçinin 2028-ci il seçkilərində Respublikaçılar Partiyasının potensial namizədləri adlandırıb. Lakin onlardan hansının prezidentliyə, hansının isə vitse-prezidentliyə namizəd olacağını dəqiqləşdirməyib.
Tramp Ağ Evin Qızılgül bağında keçirilən tədbirdə bildirib:
Bülleten üçün əla səslənir: Cey Di və Marko. Düşünürəm ki, bu, ideal komandadır, amma hələ bəzi detallar qalır.
O, tədbir iştirakçılarına alqışlarla “səs verməyi” təklif edərək Cey Di Vensi, sonra isə Marko Rubionu kimin dəstəklədiyini soruşub.
Bununla belə, Tramp bu iki şəxsdən hansını gələcək prezident, hansını isə vitse-prezident kimi gördüyünü açıqlamayıb.
ABŞ-da növbəti prezident seçkiləri 2028-ci ilin noyabrında keçiriləcək.

