ABŞ-ın vitse-prezidenti Cey Di Vens amerikalı konservatorlar arasında keçirilən qeyri-rəsmi sorğuya əsasən qarşıdan gələn prezident seçkiləri üçün ən populyar namizəd olub.
Sorğunun nəticələrinə görə:
“Respublikaçıların praymerizində kimi dəstəkləyirsiniz? Cey Di Vens — 53%, Marko Rubio — 35%”
Bildirilib ki, respublikaçılar 2028-ci ilin noyabrında keçiriləcək seçkilərədək yeni prezident namizədini müəyyən etməlidirlər, çünki hazırkı prezident Donald Tramp Konstitusiyaya əsasən yalnız iki müddət seçilə bilər.
Qeyd olunur ki, Cey Di Vens və Marko Rubio Trampın mümkün varisləri kimi əsas namizədlər hesab olunur. İyul ayında Rubio Vensi respublikaçılar üçün “əla namizəd” adlandırmışdı.

