İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ölkənin xarici işlər naziri Abbas Araqçinin mayın 26-da BMT Təhlükəsizlik Şurasında keçiriləcək açıq debatlarda iştirak etmək üçün Nyu-Yorka səfər edə biləcəyini istisna etməyib.
Bu barədə İran KİV-ləri məlumat yayıb.
Bəqayinin sözlərinə görə, Çinin BMT Təhlükəsizlik Şurasına sədrliyi və Pekinin beynəlxalq sülh və təhlükəsizlik məsələləri üzrə XİN rəhbərlərinin görüşünü keçirmək planları nəzərə alınaraq, İranın xarici işlər naziri iclasa dəvət alıb.
Çinin BMT Təhlükəsizlik Şurasına sədrliyi və Pekinin beynəlxalq sülh və təhlükəsizlik məsələləri üzrə xarici işlər nazirlərinin görüşünü keçirmək planları nəzərə alınaraq, İranın xarici işlər naziri iclasa dəvət olunub,— deyə İsmayıl Bəqayi bildirib.
O əlavə edib ki, Abbas Araqçinin iclasda iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərar hələ verilməyib. Buna səbəb İran XİN rəhbərinin iş qrafikinin sıx olmasıdır.

