İran ABŞ-la nüvə proqramı üzrə danışıqları yenidən bərpa etməyə hazırdır. Bu barədə İranın xarici işlər naziri Abbas Araqçi bildirib.
Nazir bu açıqlamanı İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə keçirdiyi görüşdən sonra verib.
Araqçinin sözlərinə görə,
“İran İslam Respublikası ABŞ-la nüvə sazişi üzrə danışıqlara yenidən başlamağa hazırdır. İran İslam Respublikası heç vaxt nüvə silahı yaratmağı planlaşdırmayıb.”

