Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə bağlı danışıqlar prosesinin bərpasına nail olmaq üçün Qərb ölkələrinin liderləri ilə təmaslar aparır.
Bu barədə DenMedia.az Türkiyə hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Ukrayna üzrə danışıqların yenidən başlaması Ərdoğanın əsas prioritetlərindən biri olaraq qalır.
“Prezident Ərdoğan Ukrayna üzrə danışıqlara yeni impuls vermək üçün Qərb liderləri ilə müzakirələr aparır. Danışıqlar prosesinin bərpası Türkiyə lideri üçün prioritet məsələdir”, — deyə mənbə bildirib.
Ankara maraqlı tərəflərlə diplomatik təmasları davam etdirir və Moskva ilə Kiyevin birbaşa danışıqlara mümkün qədər tez qayıtmasının tərəfdarıdır.

