Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Vladimir Zelenski ilə danışıqlardan sonra Rusiya tərəfi ilə də əlaqə qura bilər.
Denmedia.az xəbər verir ki, bu barədə RIA Novosti türkiyəli diplomatik mənbəyə istinadən məlumat yayıb.
Türkiyə XİN-də bildirilib ki, Ərdoğan regiondakı proseslərə təsir imkanlarını genişləndirmək üçün aktiv telefon diplomatiyasını davam etdirməyi planlaşdırır.
«Rusiya–Ukrayna müharibəsi prezidentin xarici siyasət gündəmində əsas mövzu olaraq qalır. Buna görə də bugünkü danışıqlardan sonra Rusiya tərəfi ilə kontaktların baş tutması ehtimalı kifayət qədər yüksəkdir. Hansı səviyyədə olacağını isə indidən demək çətindir», — deyə mənbə vurğulayıb.

