Türkiyə məhkəməsinin İsrailin Baş naziri Benyamin Netanyahunu beynəlxalq axtarışa verdiyi bildirilir.
“Halk TV”nin məlumatına görə, qərar “Sumud” humanitar donanması ilə bağlı işə baxılması fonunda qəbul edilib.
Netanyahu insanlığa qarşı cinayətlər, soyqırımı, qanunsuz azadlıqdan məhrumetmə, işgəncə və pis rəftar, qəsdən sağlamlığa zərər vurma, qarət və nəqliyyat vasitələrinin saxlanılması kimi əməllərdə ittiham olunur.
Məlumata əsasən, İsrailin Baş naziri İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışa verilib. Türkiyə onun saxlanılması üçün dünya ölkələrinin hüquq-mühafizə orqanlarına müraciət edib.
Türkiyədə Netanyahu və ona yaxın olduğu bildirilən daha 34 nəfər barəsində də cinayət işi açılıb. İstanbul Prokurorluğunun həmin şəxslər üçün ömürlük həbs cəzası tələb etdiyi qeyd olunur.

