Öz ölkəsində İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Türkiyə vətəndaşı Batumidə saxlanılıb. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
KİV-lərin məlumatına görə, qurumun açıqlamasında bildirilir ki, 2001-ci il təvəllüdlü şəxs Türkiyədə qanunsuz sursat əldə etmə və saxlama, qəsdən sağlamlığa zərər vurma və əmlakın zədələnməsi maddələri üzrə axtarılırmış.
Hazırda saxlanılan şəxs həbs edilib və Gürcüstan hakimiyyəti onun ekstradisiyası ilə bağlı prosedurları həyata keçirir.
Qeyd olunur ki, Gürcüstan Interpol ilə DİN-in strukturunda fəaliyyət göstərən Milli Mərkəzi Büro vasitəsilə fəal əməkdaşlıq edir; beynəlxalq axtarışların əlaqələndirilməsi, İnterpolun məlumat bazalarından istifadə etməklə cinayətkarların axtarışı və saxlanılması, eləcə də müxtəlif istiqamətlər üzrə informasiya mübadiləsi aparılır.

