ABŞ Ali Məhkəməsi Ağ Evin rəhbəri Donald Trampın yazıçı Elizabet Cin Kerrolla 5 milyon dollar məbləğində təzminat ödənilməsinin ləğvi ilə bağlı müraciətini yenidən rədd edib. Bu barədə NBC telekanalı məlumat yayıb.
Məhkəmə iyun ayında da analoji qərar qəbul etmişdi. Həmin vaxt hakimlər Trampın günahını təsdiqləyən və məhkəmə prosesi zamanı təqdim olunan sübutların qanuni şəkildə qəbul edildiyini bildiriblər.
ABŞ prezidenti ilkin olaraq Trampın apellyasiya şikayətini rədd edən qərara yenidən baxılması üçün məhkəməyə müraciət etmişdi. Lakin məhkəmə sənədində qeyd olunub ki, işə yenidən baxılması tələbi rədd edilib.
Bununla yanaşı, məhkəmə Trampın Kerrollla bağlı digər böhtan işi üzrə ayrıca apellyasiya şikayətinə hələ baxmayıb. Həmin iş çərçivəsində Kerrolla Trampın şifahi hücumlarına görə 83,3 milyon dollar təzminat ödənilməsi barədə qərar çıxarılıb.
Bu apellyasiya şikayətinə baxılması ən tez bu ilin sonuna planlaşdırılır.

