ABŞ Apellyasiya Məhkəməsi Ağ Evdə dəyəri 400 milyon dollar olan bal zalının tikintisinin dayandırılması barədə qərar verib.
Məhkəmə sənədində bildirilir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evin sahibi deyil, bu iqamətgahın müvəqqəti istifadəçisidir və obyektə istədiyi şəkildə dəyişiklik etmək səlahiyyətinə malik deyil.
Üç hakimdən ibarət kollegiya qərarı iki səs lehinə, bir səs əleyhinə olmaqla qəbul edib.
Qərarda vurğulanıb ki, “hər bir prezident Ağ Evin və prezident iqamətgahının müvəqqəti sakini, onun sahibi deyil”. Həmçinin Ağ Evin indiki və gələcək prezidentlərin, eləcə də Amerika xalqının istifadəsi üçün qorunan dövlət əmlakı olduğu qeyd edilib.

