Venesuela Prezidenti Nikolas Maduro ABŞ həbsxanasından nəvələrinə fotolarını göndərib. Görüntülərdə onun xeyli arıqladığı diqqət çəkib.
Maduronun “Telegram” kanalında yayımlanan fotolarda siyasətçi boz rəngli idman geyimində və gülümsəyən halda görüntülənib.
Paylaşımda bu sözlər yer alıb:
“Kiçik bir sevgi və ümid hədiyyəsi. Bu fotoları bütün nəvələrimə, övladlarıma və bizi sevən bütün insanlara kiçik bir hədiyyə olaraq göndərirəm. Bilməyinizi istəyirəm ki, biz möhkəmik, qəlbimiz sizin sevginizlə doludur”.



