Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna böhranını müzakirə etdiyini bildirib.
Ərdoğan Ankaranın münaqişənin sülh yolu ilə həllinə töhfə verməyə hazır olduğunu qeyd edib.
Türkiyə lideri görüşlə bağlı deyib:
“Cənab Putinlə ikitərəfli görüş keçirdik. Bu görüş zamanı, xüsusilə Ukraynadakı hadisələri müzakirə etmək imkanımız oldu və görüş kifayət qədər məhsuldar keçdi. Görüş çox-çox səmimi atmosferdə baş tutdu.”
Ərdoğan həmçinin Türkiyənin milyonlarla rusiyalı turisti qəbul etdiyini bildirib.
Onun sözlərinə görə, rusiyalı turistlərin sayına görə Rusiya daha əvvəl güclü mövqedə olan Almaniyanı geridə qoyub.

