Türkiyə Ukrayna münaqişəsinin nizamlanması prosesində vasitəçi rolunu üzərinə götürməyə hazır olduğunu bəyan etməyi planlaşdırır.
RİA Novosti-nin Türkiyə hökumətindəki mənbəyə istinadən yaydığı məlumata görə, bu mövqe Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putinin Bişkekdə keçiriləcək görüşü zamanı səsləndiriləcək.
Mənbə bildirib ki, Türkiyə tərəfi Ankaranın Ukrayna münaqişəsinin həllinə töhfə verməyə və tərəflər arasında vasitəçi kimi çıxış etməyə hazır olduğunu vurğulayacaq.
Görüş zamanı liderlərin Ukrayna ilə yanaşı, Qara dənizdəki vəziyyəti də müzakirə edəcəyi bildirilir.

