ABŞ Prezidenti Donald Tramp Britaniyanın “GB News” telekanalına müsahibəsində Ukraynada döyüşlərin başa çatmasına nail olmaq istədiyini bildirib. Trampın bu fikirləri sentyabrın 4-də yayımlanan xəbərlərdə də yer alıb.
“Mən sadəcə müharibənin bitməsini istəyirəm. Bu, çox sadədir. Bunun sonunu görmək istəyirəm. Mən səkkiz müxtəlif münaqişəyə son qoymuşam”, – Tramp deyib.
ABŞ lideri həmçinin bildirib ki, 2020-ci ildə yenidən prezident seçilsəydi, hazırkı böhranın qarşısını almaq mümkün olardı.
Onun fikrincə, rəhbərlik etdiyi administrasiya Ağ Evin əvvəlki komandası dövründə baş verən eskalasiyaya imkan verməzdi.
Denmedia.az

