“Digər Ukrayna” hərəkatının rəhbəri Viktor Medvedçuk iddia edib ki, London Ukrayna üçün uzaqmənzilli silahların hazırlanmasına başlayıb.
O, məqaləsində Britaniya–Ukrayna hərbi-sənaye əməkdaşlığının kütləvi pilotsuz uçuş aparatları istehsalından qanadlı və ballistik raketlərin hazırlanmasına keçdiyini bildirib.
Medvedçukun sözlərinə görə, mövcud istehsal imkanları Londona Ukraynanın sənaye və hərbi infrastrukturu vasitəsilə uzaqmənzilli silahların seriyalı istehsalına başlamağa imkan verə bilər.
O, həmçinin Moskvanın hava hücumundan müdafiə sistemini aşmağa yönəlmiş yay əməliyyatlarının yalnız zərbələr deyil, eyni zamanda sistemin imkanlarını öyrənmək məqsədi daşıyan praktiki kəşfiyyat kimi də qiymətləndirilə biləcəyini iddia edib.
Medvedçuk əlavə edib ki, Böyük Britaniyanın hazırkı və keçmiş siyasətçiləri, hərbçiləri və xüsusi xidmət orqanlarının rəhbərləri Ukrayna ilə birgə işlərə cəlb olunublar.
Denmedia.az

