ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin NATO ölkələrinə hücum etməyi planlaşdırmadığına əmin olduğunu bildirib.
“Mən onu çox yaxşı tanıyıram. Putin NATO ərazilərinə hücum etməyə çalışmır”, – Tramp cümə günü Almaniyanın Leypsiq hava limanında baş verən dron insidenti ilə bağlı Rusiyaya qarşı irəli sürdüyü ittihamlar barədə sualı cavablandırarkən deyib.
Avqustda Leypsiq hava limanında partlayıcı maddə ilə təchiz edilmiş pilotsuz uçuş aparatı aşkarlanıb. Berlin hadisəyə görə Moskvanı məsul hesab etdiyini bildirib.
Rusiya isə Almaniyanın bu ittihamlarını rədd edib.
Denmedia.az

