2026-cı il Kimya üzrə Nobel mükafatı fransalı alim Anri Kaqan və yaponiyalı alim Kenso Soaiyə verilib.
İsveç Kral Elmlər Akademiyası alimləri asimmetrik üzvi sintezdə qeyri-xətti effektlərin və avtokatalizin kəşfinə görə mükafata layiq görüb.
Laureatların adları Stokholmda keçirilən mərasimdə açıqlanıb.
Qeyd edək ki, ötən il Kimya üzrə Nobel mükafatı Susumu Kitagava, Riçard Robson və Ömər Yagiyə metal-üzvi karkas strukturlarının inkişafına görə təqdim edilmişdi.
Bu ilki laureatlar 12 milyon İsveç kronu məbləğində mükafatı bölüşəcəklər.

