Norveç Nobel Komitəsi son anda laureatı dəyişə bilər.
DenMedia.az xəbər verir ki, bu barədə Britaniyanın The Telegraph qəzeti məlumat yayıb.
“Komitə öz qərarını son ana qədər dəyişə bilər. Lakin praktik baxımdan bu, asan deyil,” – deyə nəşrdə qeyd olunur.
Hazırda ABŞ prezidenti Donald Trampın Sülh üzrə Nobel Mükafatını qazanmaq istəyi fonunda bukmekerlər onun şanslarını 3 faiz səviyyəsində qiymətləndirir.
Bununla yanaşı, Bloomberg agentliyi yazır ki, əgər Tramp mükafatı almasa, Norveç iqtisadi və diplomatik nəticələrlə üzləşə bilər.
Oktyabrın 10-da Nobel Komitəsi Sülh Mükafatı laureatının adını açıqlayacaq.
Bu mükafatı almağa uzun müddətdir can atan Tramp, Ağ Evə qayıtdıqdan sonra dəfələrlə sülhpərvər siyasətçi kimi görünməyə çalışdığını bəyan edib.