Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 14-də Londonda Böyük Britaniya kralı III Çarlzla görüşdü.
Bu barədə Ukrayna lideri sosial şəbəkə hesabında məlumat verib.
Görüş Bukingem sarayında baş tutdu. Zelenski Ukraynaya göstərilən davamlı dəstəyə görə Britaniya monarxına təşəkkürünü bildirdi.
“Ukraynaya göstərdiyi sarsılmaz dəstəyə görə şəxsən təşəkkür etmək imkanının olması mənim üçün vacibdir. Böyük Britaniyanın göstərdiyi bütün yardımı yüksək qiymətləndiririk”, – deyə Zelenski görüşdən sonra paylaşımında qeyd edib.
Xatırladaq ki, III Çarlz və Zelenski bundan əvvəl bu ilin mart ayında Londonda görüşmüşdülər.

