Əbu-Dabi şahzadəsi Mahra Əl-Nəhyan London küçələrindən birində özünü idarə edə bilməyəcək vəziyyətdə tapılıb.
Bu barədə Daily Mail nəşri məlumat yayıb.
Bildirilib ki, qadın yaşayış evlərindən birinin yaxınlığında ayaqyalın, yanında çamadan və ətrafa səpələnmiş əşyalarla birlikdə oturmuş vəziyyətdə aşkar edilib. Onun yanında olan üç yaşlı uşağı isə avtomobillərin intensiv hərəkət etdiyi yola qaçıb.
Nəşrin məlumatına görə, şahzadə bir neçə gün ərzində narkotik vasitələr qəbul edib və bundan sonra huşunu itirib.
Oktyabrın 13-də məhkəmə onu uşağa lazımi qayğı göstərməməkdə təqsirli bilib. Qadına iki il müddətinə nəzarət altında saxlanılma, məcburi reabilitasiya və 6 min funt sterlinq məbləğində cərimə cəzası təyin edilib.
Qeyd olunur ki, Əbu-Dabinin hakim sülaləsinin sərvəti 250 milyard funt sterlinqdən çox qiymətləndirilir.
Mövcud məlumatlara əsasən, Mahra Əl-Nəhyan şəxsi xərcləri üçün hər ay 8 min funt sterlinq alır.


