BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan BMT-nin baş katibi vəzifəsinə keçirilən səsvermənin altıncı turunda lider olub. Lakin o, vəzifəyə təsdiqlənmək üçün vacib olan Təhlükəsizlik Şurasının bütün daimi üzvlərinin dəstəyini qazana bilməyib.
Bu barədə EFE agentliyi məlumat yayıb.
BMT Təhlükəsizlik Şurası təşkilatın baş katibi vəzifəsinə namizədlərlə bağlı altıncı qeyri-rəsmi səsvermə keçirib.
Bu turda ilk dəfə olaraq veto hüququna malik beş daimi üzv – ABŞ, Çin, Rusiya, Fransa və Böyük Britaniya digər on seçkili üzvdən fərqli rəngli bülletenlərlə səs veriblər.
Daimi üzvlər qırmızı, seçkili üzvlər isə ağ rəngli bülletenlərdən istifadə ediblər.
EFE agentliyinin PassBlue portalına istinadən yaydığı məlumata görə, Qrinspan 9 lehinə, 5 əleyhinə səs toplayıb, bir üzv isə bitərəf qalıb.
Əleyhinə verilən beş səsdən ikisi Təhlükəsizlik Şurasının daimi üzvlərinə məxsus olub və veto xarakteri daşıyıb.
Qeyri-rəsmi məlumatlara görə, Qrinspanın namizədliyinə qarşı çıxan ölkələr ABŞ və Böyük Britaniya olub.

