Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın keçmiş müşaviri, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sabiq deputatı Ertan Aydın saxlanıldı.
Bu barədə Türkiyənin “İlke TV” telekanalı məlumat yayıb.
Bildirildi ki, Ertan Aydın kapital bazarında şübhəli əməliyyatlarla bağlı aparılan istintaq çərçivəsində Ankarada saxlanılaraq İstanbula aparılıb.
O, İstanbul Prokurorluğunun həyata keçirdiyi istintaqın növbəti mərhələsində saxlanılan beş nəfərdən biridir.
İş üzrə saxlanılan digər şəxslər arasında “Türkiye Sigorta” və “Türkiye Hayat Emeklilik” sığorta şirkətlərinin baş direktor köməkçisi Fahri Uğur, “Tera Holding”in baş direktor müavini Seda Tarım Kocabolkan, “KUYAS Yatırım” investisiya şirkətinin rəhbəri Abdullah Dal və vəzifəsi barədə məlumat verilməyən Hakan Eryılmaz da var.

