İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən “narkotik maddələrin istehsalı və ticarəti”, “narkotik istifadəsini asanlaşdırmaq”, “saxlama və istifadə” və “fahişəliyə təhrik və vasitəçilik” maddələri üzrə aparılan istintaq davam edir.
Məlumata görə aparılan istintaqın bir hissəsi olaraq, Prokurorluq “Beşiktaş” futbol klubunun sabiq prezidenti Fikrət Orman və digər məşhurlar; Hande Erçel, Hakan Sabancı, Burak Elmas, Didem Soydan, Kerim Sabancı və Güzide Duranın həbsinə order verib.
Bu çərçivədə İstanbul Emniyyətinin Narkotiklərlə Mübarizə Şöbəsi əməkdaşları əməliyyat keçirərək Fikrət Ormanı saxlayıb.
Saxlanılan Orman prosedur tədbirləri üçün polis idarəsinə aparılıb.

