İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin HƏMAS qruplaşmasının kəşfiyyat rəhbərinin Qəzza zolağındakı evinə raket zərbəsi endirib.
“Den.az” “Times of Israel”ə istinadən xəbər verir ki, bu ev qruplaşma tərəfindən hərbi infrastruktur kimi istifadə olunub.
Məlumata görə, İsrail hərbçiləri hazırda bütün zolaqda zərbələr endirməkdə davam edir.
Bundan başqa, İsrail Müdafiə Qüvvələrinin sözçüsü bildirib ki, onun ölkəsi şənbə günü HƏMAS silahlı qruplaşmasının hücumlarından sonra vəziyyətə tam nəzarəti bərpa etməyib.
“Qəzzada İsrail təhlükəsizlik qüvvələri ilə terrorçular arasında hələ də aktiv döyüşlər gedir. Və təəssüf ki, biz hələ də bütün icmalarımıza və bütün bazalarımıza tam nəzarəti bərpa edə bilməmişik” - Conatan Konrikus deyib.
“Vəziyyətə tam nəzarət bərpa edilməyib” - İsrail MN

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.