Moskva vilayətində 2003-cü ildə azərbaycanlı tərəfindən törədilən qətlin təfərrüatları üzə çıxıb.
Den.az Rusiya KİV-ə istinadla bildirir ki, cinayətin səbəbi iki qrup arasında təsir dairələrinin yenidən bölüşdürülməsi və iş adamlarından pul alınması ilə bağlı münaqişə olub. İstintaqın məlumatına görə, Qalib Yusubov Zirin adlı şəxsi aldadaraq iş otağına aparıb və orada bir neçə killer növbə ilə sahibkarı güllələyib. Sonra cəsədi xalçaya bükərək hadisə yerindən çıxarıb və Puşkinski rayonundakı meşədə basdırıblar.
Sözügedən qətlin üstü 1999-cu ildə törədilmiş digər cinayət işinin istintaqı çərçivəsində açılıb. İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin rəisinin böyük köməkçisi Olqa Vradiyin sözlərinə görə, şəxs artıq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi "g” bəndi ilə ittiham olunub və barəsində həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, xeyriyyəçi Qalib Yusubov Azərbaycanın Qazax rayonundandır. və 1982-ci ildə Rusiyaya köçüb. Güləşlə, əlbəyaxa döyüşlərlə fəal məşğul olub, İdman Akademiyasını bitirib. Onun dostları arasında bir çox məşhur idmançılar və müxtəlif döyüş sənətlərinin ustaları var.
Məşhur azərbaycanlı xeyriyyəçi həbs edildi - SƏBƏB

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.