İranın qərbində baş verən qar uçqunu nəticəsində 5 alpinist həlak olub, 4 nəfər xəsarət alıb.
Den.az-ın İRNA agentliyinə istinadla məlumatına görə, xilasetmə qrupları paytaxt Tehrandan 300 kilometr cənub-qərbdə yerləşən San Boran zirvəsindən beş alpinistin cəsədini çıxarıb. Xəsarət alan 4 alpinist xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, doqquz nəfərdən ibarət alpinistlər qrupu yerli hakimiyyət orqanlarının mümkün risk barədə xəbərdarlığına baxmayaraq, cümə axşamı səyahətə başlayıb. 4,150 metr olan dağ silsiləsində son günlər intensiv qar yağıb.
Qar uçqunu 5 alpinisti öldürdü

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.