apr
2024
19:27
980

Müəllimlərdən sonra rəhbər şəxslərin sertifikasiyası planlaşdırılır

5 apr, 2024
19:27
980

Müəllimlərdən sonra rəhbər şəxslərin sertifikasiyası planlaşdırılır

“Təhsil müəssisələrində rəhbər şəxslərin sertifikatlaşdırılması planda tutulub”.

"Den.az" xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bildirib.

O, qeyd edib ki, sertifikasiyanın məqsədi tədrisin keyfiyyətinin yaxşılaşdırılmasıdır.

"Bu səbəbdən də ilkin məqsədimiz şagirdlərin qarşısına minumum tələbləri ödəyən müəllimləri çıxarmaqdır. Müəssisə rəhbərlərinin sertifikatlaşdırılmasının olacağını nə təsdiq, nə də təkzib edə bilərik. Müəllimlərin sertifikasiyasının yekunundan sonra rəhbər şəxslərin də bu imtahana cəlb olunması planlaşdırılır".

Şahnaz  Əliyeva
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar