Sertifikatlaşdırma prosesinin nəticələrinə uyğun olaraq, müəllimlərin əməkhaqları artırılacaq.
Den.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
O bildirib ki, prosesi uğurla tamamlayan və ya tamamlamayan kateqoriyalar var: "Qiymətləndirmənin məqsədi prosesə cəlb olunmuş şəxsləri bir-birindən fərqləndirməkdir".
N. İsmayılbəyli qeyd edib ki, artıq sertifikatlaşma prosesini uğurla tamamlayanların sayı 55 mini keçib. Onların 17 mindən çoxu əməkhaqqını 35 faiz əlavə ilə, 38 mini isə 10 faiz əlavə ilə alır.
"Cari ildə, Naxçıvan da daxil olmaqla, ölkənin 19 şəhərində bu imtahanı təşkil edəcəyik. Proses elektron formatda olur. Bitən kimi müəllimlər nəticələri, doğru və yanlış cavabları görə bilərlər. İmtahandan sonrakı appelyasiya mərhələsi də elektron formatda olur və qısa zamanda həyata keçirilir", - o əlavə edib.
Müəllimlərin maaşı artacaq - RƏSMİ

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.