Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən aparılan monitorinqlər zamanı təhsil müəssisələrinin rəhbərlərindən 9-u işdən azad olunub, 3-nə şiddətli töhmət, 6-na töhmət verilib, 3-nə isə yazılı xəbərdarlıq edilib.
Den.az xəbər verir ki, bu barədə Lənkəran-Astara Regional Təhsil İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, Astara şəhər 3 və 4 nömrəli körpələr evi-uşaq bağçasının müdiri, Cəlilabad rayon Boyxanlı kənd tam orta məktəbinin direktoru, Lənkəran rayon Osakücə kənd körpələr evi-uşaq bağçasının müdiri, Masallı rayon Şərəfə kənd uşaq bağçasının müdiri, Masallı rayon Türkoba kənd tam orta məktəbinin direktoru, Masallı rayon Sirəbil kənd ümumi orta məktəbinin direktoru, Masallı rayon Köhnə Alvadı kənd tam orta məktəbinin direktoru və Masallı şəhər 3 nömrəli tam orta məktəbinin direktoru vəzifəsindən azad edilib.
Bundan başqa, Cəlilabad rayon Privolnoye kənd körpələr evi-uşaq bağçasının müdirinə,Yardımlı rayon Qabaqdibi kənd tam orta məktəbinin direktoruna, həmçinin Lənkəran rayon Velədi kənd körpələr evi-uşaq bağçasının müdirinə şiddətli töhmət verilib.
Astara rayon Burzubənd kənd tam orta məktəbinin direktoru, Lənkəran rayon Xolmili kənd körpələr və Liman şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının müdiri, Lənkəran rayon Alazəpin kənd ümumi orta məktəbinin direktoru, Lənkəran şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbinin direktoru, Lənkəran rayon Kənarmeşə kənd tam orta məktəbinin direktoruna isə töhmət verilib.
Məlumatda Lənkəran rayon Liman şəhər 17 nömrəli körpələr evi-uşaq bağçasının müdirinə, Lənkəran rayon Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin direktoruna və Masallı rayon Qəriblər kənd tam orta məktəbinin direktoruna yazılı xəbərdarlıq edildiyi qeyd edilib.
Qeyd edək ki, cari ilin yanvar-may ayları ərzində Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən 14 məktəbəqədər və 18 ümumi təhsil müəssisəsində monitorinqlər aparılıb və davam etdirilir.
Şahnaz Əliyeva
Den.az
4 məktəb, 5 bağça müdiri işdən ÇIXARILDI

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.