Fizika-riyaziyyat elmləri doktoru, professor Orucəli Rzayev ömrünün 70-ci ilində vəfat edib.
Bu barədə Denmedia.az-s UNEC-dən məlumat verilib.
Uzun illər elmi və pedaqoji fəaliyyətlə məşğul olan Orucəli Rzayev 2016–2023-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının direktoru vəzifəsində çalışıb. O, bu dövrdə filialın inkişafında, tədris prosesinin təkmilləşdirilməsində və elmi mühitin formalaşmasında mühüm xidmətlər göstərib.
UNEC rəhbərliyi və kollektivi professor Orucəli Rzayevin vəfatından dərin kədər hissi keçirdiklərini bildirir, mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verirlər.
Qeyd edək ki, professor Orucəli Rzayev elmi fəaliyyəti, ziyalı mövqeyi və tələbələrə olan qayğıkeş münasibəti ilə yaddaşlarda qalacaq. Allah rəhmət eləsin.
Ellada Rəsul
Denmedia.az

